Müğənni Manaf Ağayev "Mən o qızın dəlisiyəm" adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Məhərrəm Astaralıya məxsusdur.

M.Ağayev bildirib ki, bu onun 2016-cı ildəki son işidir:

"Hər ay ən az bir yeni mahnı lentə aldırıram. İnşallah, 2017-ci ildə yaradıcılığımda yenilklər çox olacaq. Yeni bir layihə üzərində çalışıram. Tam fərqli bir işdir".