"Antalyaspor" - "Fənərbaxça" matçının baş hakimi Cüneyt Çakırın idarəçiliyi bir çox müzakirələrə səbəb olmuşdu.


Fanat.Az xəbər verir ki, 0:1 hesabı ilə uduzan "Fənərbaxça" tərəfi oyundan sonra etirazlar edərək hakimin onları uduzdurması yönündə fikirlər formalaşdırmağa çalışmışdı. Bundan başqa, mübahisələrə səbəb olan penaltinin, o cümlədən Musa Sounun baxımlı qolunu qeydə almadığına görə də Çakır qınaqlara səbəb olmuşdu.


Amma FİFA referisinin qiyməti bir anda gündəmi zəbt etdi. Belə ki, etiraz edənlər ona aşağı qiymət veriləcəyini gözləsə də referiyə yaxşı hesab olunan 8,3 verildiyi məlum olub.


Qarşılaşmanın hakim-inspektorunun verdiyi qiymət "yaxşı və yüksək göstərici" anlamındadı. Bu qərarda Hakimlər Komitəsinin "Hakimin məntiqi" ilə hərəkət etməsi böyük rol oynayıb.


Referinin qeydə almadığı və "Fənərbaxça"nın üsyanına səbəb olan Musa Sounun qoluna isə "Top baş məsafəsində, Sou təhlükəli hərəkətə yol verir, qolun ləğvi doğrudu" şərhinin verilməsi də məlum olub.


Fanat.Az