ABŞ prezidenti seçilən Donald Trampın inauqurasiyasında dövlət himnini ifa edəcək müğənninin adı məlum olub.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, milli himni oxumağa 16 yaşlı amerikalı müğənni Ceki İvanko razılıq verib. Gənc ulduzun anası Liza İvanko bildirib ki, Donald Tramp şəxsən Cekinin menecerinə zəng vuraraq onu inauqurasiyada oxumağa dəvət edib.

Donald Trampın inauqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.

Ceki İvanko (əsl adı Jaklin Mari İvanko) "American"s Got Talent" teleşousunda opera ifası ilə məşhurluq qazanıb. O, 2 dəfə ABŞ prezidenti Barak Obamanın iştirak etdiyi tədbirlərdə çıxış edib.

Milli.Az