"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqda 8 polis zabitini güllələyərək edam edib.
Bu polislər özlərini vəhhabi kimi qələmə verərək İŞİD sıralarına sızmışdılar. Lakin İŞİD-in əks-kəşfiyyatı həmin şəxslərin terror qruplaşmasının obyektləri ilə bağlı məlumatları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə ötürdüklərini aşkarlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, casusluqda suçlanan 8 şəxsi İŞİD həbs edib və güllələyib.
Edamın fotoları "Qətl günü" adı ilə sosial şəbəkələrdə yayılıb.
İraqlı polis zabitlərini edam edənlər isə İŞİD-in "xüsusi təyinatlı əks-kəşfiyyat qrupu"nun üzvləri idilər.
İŞİD-in yaydığı məlumatda bildirilir ki, iraqlı polis zabitlərindən ibarət qrupa kapitan Hüssəm Səlah Benuş rəhbərlik edib. Onun müavini isə Əhməd Vəssam Rəmadandı.
Qrupdakı polis leytenantı Mərvan Həbib Səid zabitlərlə İraqın güc strukturları arasında gizli rabitəyə məsul idi.
Polis zabitləri Mosul şəhərində edam olunublar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.