Türkiyə Futbol Federasiyası növbəti mövsümdən etibarən legioner limitini aradan qaldırmağı qərara alıb. 2015/16 mövsümündən matçın iştirak ərizəsinə 14 yerli və 14 əcnəbi olmaqla 28 oyunçu daxil edilə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydana start heyətində 11 əcnəbi futbolçunun çıxmasına da icazə veriləcək. İştirak ərizəsinə ən azı 7 türk futbolçu daxil edilməlidir. Onlardan biri mütləq klubun öz yetirməsi olmalıdır.

Qeyd edək ki, hazırkı legioner limiti "5+3" sxeminə əsaslanır. Limitin aradan qaldırılmasına səbəb son vaxtlar yerli gənc futbolçuların qiymətinin süni şəkildə şişirdilməsidir.
Milli.Az
Milli.Az