"Barselona"nın futbolçuları Lionel Messi, Neymar, Luis Suares və Jerar Pike İspaniya Kubokunun 1/16 finalında "Erkules"lə cavab görüşünü buraxacaqlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Luis Enrike bildirib. O, sözügedən oyunçulara istirahət verdiyini deyib:

"Messi, Neymar, Suares, Pike üçün artıq tətil başlanıb".

Qeyd edək ki, "Barselona" - "Erkules" matçı dekabrın 22-si keçiriləcək.

Milli.Az