Gənc həmyerlimiz Berlin Diplomatiya Konfransında təmsil olunub - FOTO

Gənc həmyerlimiz Berlin Diplomatiya Konfransında təmsil olunub - FOTO
17:42 22 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük 20-lik ölkələri Gənclər Assosiasiyasının komissiya üzvü, gənc həmyerlimiz Təbriz Raufoğlu 14-20 dekabr tarixləri aralığında Berlində keçirilən "Beynəlxalq Mədəni Diplomatiya" Konfransında iştirak edib.

Milli.Az-a açıqlamasında T.Raufoğlu qeyd edib ki,  tanınmış ictimai-siyasi xadimlərin, müxtəlif ölkələrin dövlət və hökumət təmsilçilərinin qatıldığı tədbirdə fərqli mövzular üzrə panel müzakirələr təşkil edilmişdir. "Konflikt zonalarında mədəni diplomatiyanın tətbiqi", "Suriya böhranının həlli yolları" kimi başlıqların da daxil olduğu müzakirələrdə Albaniya prezidenti Bujar Nishani, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko, Rumıniyanın eks-prezidenti Emil Constantinescu, Latviyanın keçmiş dövlət başçısı Valdis Zatlers, Kosovanın eks-prezidenti Atifete Jahjada kimi tanınmış dövlət xadimlərinin məruzələri dinlənilmiş və onların iştirakı ilə müxtəlif xarakterli suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Təbriz Raufoğlu bildirib ki, Viktor Yuşşenkoya ünvanladığı "beynəlxalq hüquqi müxanizmlərin dəyişdirilməsi ilə bağlı" sual tədbirdə geniş diskussiyalara yol açıb.

O, əlavə edib ki, konfrans çərçivsində Albaniya prezidenti Bujar Nişani, Ukraynanın eks-prezidenti Viktor Yuşşenko və digər tanınmış siyasilərlə görüş imkanı əldə edib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR