Yeni ərə gedən əməkdar artistin qızına da elçi gəldi: "Oğlan xaricdə yaşayır"

Yeni ərə gedən əməkdar artistin qızına da elçi gəldi: "Oğlan xaricdə yaşayır"
16:59 23 Dekabr 2016
1776 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Naibə Allahverdiyevanın qızına elçi gəlib. Bu barədə Lent.az-a yenicə ailə quran əməkdar artistin özü məlumat verib: “Qızıma çox elçi gəlir. Bugünə qədər çox imkanlı bir ailədən də talibləri olub. Amma qızım çox kaprizlidir. Bu yaxınlarda xaricdə yaşayan bir bəy qızıma elçi gəldi, qızım bəyənmədi. Mən həmin oğlanın şəkilinə baxdım, gördüm ki, normal bir bəydi. Qızım müasirdir, evlənəcəyi şəxsi daha yaxından tanımaq istəyir. Şəkildən baxıb necə sevmək olar ki?! Mənim  oğlum yoxdur. Qızım elə bir oğlanla evlənməlidir ki, həmin adam həm də mənim oğlum olsun”.

 

Əməkdar artist “qızınızın kasıb yoxsa imkanlı bir bəylə ailə qurmasını istərdiniz?” sualına belə cavab verib: "Onun varlı və ya kasıb oğlana ərə getməyi öz seçimi olacaq. Kasıb bir bəylə də ailə qura bilər. İnsanın yaşamı üçün pul da vacibdir, amma insana xoşbəxtlik gətirmir. Çox istərdim ki, qızım xoşbəxt olsun, ailəcanlı bir oğlana ərə getsin”.

 

Qeyd edək ki, N.Allahverdiyevanın qızı Məryəm 2014-ci ildə, 590 balla Dillər Universitetinə ingilis və rus dili fakültəsinə daxil olub. 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR