Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir
17:54 23 Dekabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə "S-125" zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

 

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR