Ərdoğan: “Əl-Bab əməliyyatının bitməsinə az qaldı”

Ərdoğan: “Əl-Bab əməliyyatının bitməsinə az qaldı”
06:24 24 Dekabr 2016
134 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.

 

Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR