“20 yanvardan sonra...” - Tramp BMT-yə qarşı çıxdı və İsrailə söz verdi

“20 yanvardan sonra...” - Tramp BMT-yə qarşı çıxdı və İsrailə söz verdi
10:38 24 Dekabr 2016
198 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailin Fələstin torpaqlarında apardığı inşaata dərhal son qoyması haqqında çıxartdığı qətnaməyə münasibət bildirib.

Publika.az xəbər verir ki, Tramp “Twitter” hesabında “hər şey 20 yanvardan sonra fərqli olacaq” yazıb.

O, hələ sözügedən qətnamənin səsverməyə qoyulması zamanı veto çağırışı etmişdi.

“İsrail və fələstinlilər arasındakı sülh tərəflərin birbaşa görüşməsi ilə əldə olunacaq, BMT-nin qətnamələri ilə yox. Bu, İsraili müzakirələrdə çox pis vəziyyətə salır və bütün israillilərə haqsız damğası vurur”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR