Filippin prezidenti Rodriqo Duterte onun məhkəmədə cavab
verməsini istəyən BMT-nin İnsan Haqları üzrə komissarı Zeyd Raad El
Hüseynə “axmaq” deyib.
Publika.az xəbər verir ki, El Hüseyni təhqir edən
Rodriqo BMT-nin diplomatiyadan başı çıxmadığını deyib.
“Bu adam ya zarafat edir, ya da axmaqdır. Axmaq, mənə nə edəcəyimi
öyrətmə. Sənə bu haqqı kim verdi? Məktəbinə geri qayıt. BMT
diplomatiyanı bilmir. BMT-nin əməkdaşı olaraq necə davranacağını
bilmirsən. Mənimlə bu formada danışa bilməzsən”, - deyə o, El
Hüseynə təhqir dolu ifadələr yağdırıb.
Qeyd edək ki, Rodroqo Duterte prezident olduğu müddətdə üç
narkobaronu şəxsən öldürdüyünü etiraf edib. Bu ifadədən sonra Zeyd
Raad El Hüseyn onun məsuliyyətə cəlb olunmasını tələb edib.
R.Dutertenin qalmaqallı fikirləri bununla bitməyib. Filippin
prezidenti BMT-ni yandırmaqla hədələyib.
“BMT-yə şikayətə gedə bilərsiniz. Əgər Amerikaya getsəm, BMT-ni
yandıracam”, - deyə o bildirib.
Onun belə çıxış etməsinə səbəb isə BMT komissarı Zeyd Raad El
Hüseynin tələbindən sonra Filippindəki hüquq müdafiəçilərinin də
buna qoşulması olub. Hüquq müdafiəçiləri BMT-yə müraciət edərək,
narkobaronların öldürülüməsini tələb ediblər. Məlumata görə,
R.Duterte hakimiyyətə gələndən sonra ölkədə narkotik ticarəti ilə
məşğul olan 6 mindən çox insan öldürülüb.