1944-cü ildə nasist Almaniyası tərəfindən kosmosa atılan
V-3 raketi yaxın günlərdə ABŞ ərazisinə düşəcək.
Publika.az “World News Daily Report” saytına istinadən
xəbər verir ki, bu barədə NASA xəbərdarlıq edib.
NASA-nın mütəxəssisi Çarlie Bolden bildirib ki, nasistlərin havaya
atdığı V-2 raketi Yerin atmosfer qatını keçib.
“V-3 yaxın günlərdə Yerin atmosfer qatına daxil olacaq və güman ki,
ABŞ-ın şərqində bir əraziyə düşəcək. NASA və ABŞ-ın hava qüvvələri
hansısa təxliyənin edilib-edilməyəcəyi haqqında məlumat verəcək”, -
deyə o bildirib.
V-3 raketləri nasist Almaniyası tərəfindən Londonu vurmaq üçün
məşhur alman alimi Verner von Braun tərəfindən təkmilləşdirilən V-2
raketinin modern formasıdır. Raket 21 ton partlayıcı daşıyır.
Asif