Müğənni Hadisə dekabrın 31-də Bakı Olimpiya Stadionunda verdiyi 2 saatlıq konserti ilə həm yerli, həm də qardaş ölkənin KİV-nin müzakirə obyektinə çevrilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hadisənin geyimi və iki saat üçün Bakıda qazandığı pul hələ də gündəmdədir.
Belə ki, iki saat üçün 500 min lira (251 min 150 manat) pul alan Hadisə ölkəsində böyük təəccüblə qarşılanıb. Türkiyə mətbuatı ifaçının ölkəsinə sərvətlə qayıtdığını yazır.
Qeyd edək ki, libası ilə də diqqət çəkən Hadisənin səhnə geyimi bacısı, modelyer Derya Açıkgöz tərəfindən hazırlanıb. Müğənni iddialı geyimi ilə izləyicilərinə xoş anlar yaşadıb. 

