"Arsenal"ın canlı əfsanəsi Tyerri Anri "Leeds United"in qapısına vurduğu qolu xüsusi hesab edir. Fransalı hücumçu 2012-ci ildə "New York Red Bulls"un oyunçusu kimi "topçular"ın heyətində icarədə oynadığı vaxt İngiltərə kubokunun 1/32 final mərhələsində fərqlənmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Anri bunları deyib:

""Arsenal"da keçirdiyim son oyunlardan biri İngiltərə kubokuna təsadüf edirdi. "Leeds"in qapısına vurduğum qol mənim üçün xüsusidir. Əlbəttə, həmin qol turnirin tarixinə düşməyəcək. Amma həmin qolu "Arsenal"ın azarkeşi kimi vurmuşdum. Hər kəs bilirdi ki, bunu etməli deyildim. Söhbət texniki icradan yox, qolun mənim üçün əhəmiyyətindən gedir".

Milli.Az