Bir çox dünya ulduzunun şəxsi fotoqrafı olmuş amerikalı türk fotoqraf Mert Alaşın sosial şəbəkədə yaydığı növbəti şəkil maraqla qarşılanıb.

Axşam.z-ın "Haberler.com"a istinadən məlumatına görə, tanınmış fotoqraf məşhur müğənni Selena Qomezin yarıçılpaq şəklini sosial şəbəkədəki səhifəsində paylaşıb.

900 min izləyicisi olan Mertin hesabında yerləşdirdiyi bu şəkilə qısa zaman ərzində 30 mindən çox bəyənmə gəlib.

Türk fotoqraf Selena Qomezin yarıçılpaq fotosunu paylaşdı