"Təzə bazar"dakı sexdən götürülmüş ətlərdə bakterioloji çirklənmə aşkar edilib

"Təzə bazar"dakı sexdən götürülmüş ətlərdə bakterioloji çirklənmə aşkar edilib
11:57 13 Yanvar 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təzə bazar" MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb.

Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkar edilib.

"Eləcə də bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağırsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək", - deyə bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR