Mərhum müğənni Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson ağdərili bir aktyorun filmdə atasını canlandırmasına əsəbiləşib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Sky Arts" kanalı "Şəhərin əfsanələri" adlı serial hazırlayıb. Serialın hər bölümü ayrı-ayrı məşhurların həyatından bəhs edir.
Ceksonun qızı atası haqqında çəkilən seriyanı "biabırçı" adlandırıb.
"İzləyərkən ürəyim bulandı. Məncə, dəyərli insanlara belə zəif qiymət verilməməlidir".
Qeyd edək ki, ağdərili aktyor Cosef Finnesin Cekson obrazını canlandırdığı seriyanı 20 mindən çox insan boykot edib.