Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan ATƏT-in ofisinin mandatını uzada bilməyib

Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan ATƏT-in ofisinin mandatını uzada bilməyib
16:27 13 Yanvar 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının prezidenti Kristin Muttonen Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda ATƏT missiyasının mandatının uzadılması barədə dərhal razılığa gəlinməsinə çağırış edib.
"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in adıçəkilən ölkələrdəki mandatı 2016-cı il dekabrın 31-də başa çatıb və qeyd edilən ölkələr tərəfindən uzadılmayıb.
K.Muttonenin sözlərinə görə, ofislər ölkələrə ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməkdə yardım edib.
O bildirib ki, ATƏT PA yaranmış vəziyyətdən çıxış üzrə Avstriyanın təşkilatdakı sədrliyinin səylərini dəstəkləyir.
Qeyd edək ki, 2016-cı ilin sonunda ATƏT-in 17 ofisi olub. Azərbaycanda ATƏT-in ofisi 2015-ci ilin iyul ayında bağlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-tacikistan-qirgizistan-ve-ozbekistan-atet-in-ofisinin-mandatini-uzada-bil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR