Gəncədə sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb

Gəncədə sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb
00:02 14 Yanvar 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 13 yanvar. REPORT.AZ/ Gəncə şəhərinin Heydər Əliyev prospektində sərxoş sürücü qəza törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü şəhər sakini Mahmudov Adil Nəcəf oğlunun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn maşınla toqquşub.
Nəticədə A.Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə köçürülən yaralının vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-serxos-surucu-qeza-toredib-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR