"Evim var, küçədə qalmamışam"

"Evim var, küçədə qalmamışam"
11:47 16 Yanvar 2017
42 Şou
Ölkə mətbuatı
A- A+

Mən çox yaşayacam və qocalmayacam. Hamının həyatında ağır, qəmli günləri olur. Heç kimin pis gününə sevinən deyiləm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Rühəngiz Allahverdiyeva "ATV maqazin onlarla" verilişində deyib.

Müğənni müflis olması və ev sıxıntısı çəkməsi xəbərlərinə münasibət bildirib:

"Qəlbim çox kövrəkdir. Evim darısqaldır, bunun sıxıntısını çəkirəm. Amma küçədə qalmamışam. Uşaqlarıma təhsil vermişəm, birini evləndirmişəm, ona mənzil almışam. Ağlım kəsəndən özüm özümə baxmışam. Uşaqlarımı oxutduranda da pulunu özüm ödəmişəm. Evə bir yerdən gəlir gəlib, onu da mən özüm sənətimlə etmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/508058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR