Acarıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Acarıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
18:37 16 Yanvar 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov yanvarın 16-da Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşüb.
Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə Azərbaycan və onun regionları ilə Gürcüstan, eləcə də, Acarıstan MR arasında iqtisadi, siyasi, turizm əlaqələrinin inkişafı, qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə olunub. 
R.İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanına barədə qarşı tərəfə geniş məlumat verib.
Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan Baş konsul, Tbilisidə və Batumidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerasından söz acıb, bu əlaqələrin gürcü və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən tarix olduğunu bildirib.
Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost ölkə ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/acaristan-mr-ile-azerbaycan-arasinda-turizm-sahesinde-emekdasliq-meseleleri-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR