Milli komandamızın qapıçısı Kamran Ağayevin "Boavişta"dan ayrılıb başqa komandaya keçməsinə dair xəbərlər dolaşsa da, Portuqaliya klubunun icraçı direktoru Diogo Braqa bunu təkzib edib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya danışan Portu klubunun rəsmisi Ağayevi buraxmaq istəmədiklərini bildirib:

"Kamran bizim komandamız üçün çox vacib futbolçudur. Hazırda biz onunla xoşbəxtik. Azarkeşlər də Ağayevdən razıdırlar. Ona olan təkliflər bizi maraqlandırmır. O, böyük qapıçıdır və komandada qalmalıdır".

Milli.Az