Xorvatiyalı model Nina Moriçin sosial şəbəkədə "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ilə bağlı paylaşdığı status rezonans doğurub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tanınmış teleaparıcı A seriyasının XX turunda "Fiorentina" ilə oyun (1:2) zamanı turinlilərin çalışdırıcısını tənqid edib.
Buna səbəb isə italiyalı məşqçinin Moriçin həmyerliləri Mario Mandzukiç və Marko Pyatsanı ehtiyatda saxlaması olub. Xorvatiyalı futbolçuların əsas heyətdən kənarda qaldığını görən model özündən çıxıb. O, paylaşdığı statusda "Pyatsa və Mandzukiçsiz "Yuventus" 3-cü yeri tutacaq, ay Livorno kommunisti!" - deyə yazıb.
Aparıcının bu statusu Alleqrinin anadan olduğu Livorno şəhərinin sakinlərinin narazılığına səbəb olub. Bir anda özü də tənqid hədəfinə çevrilən Moriç fikrini belə əsaslandırıb: "Kimsə məni başa sala bilər ki, insanları əsəbiləşdirəcək nə yazmışam? Axı, "Yuventus"un baş məşqçisi Alleqridi, Livorno yox. Mən baş məşqçini tənqid etmişəm. Məgər yazmışam ki, Livorno şəhəri balıq iyi verir?".
Qeyd edək ki, "Fiorentina" ilə qarşılaşmada Pyatsa 61, Mandzukiç isə 80-ci dəqiqədə meydana daxil olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində