Papua-Yeni Qvineyada 8 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, təbii fəlakətin episentri Arava şəhərindən 36 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 167,5 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.