Müğənni-bəstəkar Ramal İsrafilov özünü bir nömrə adlandırıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Lider maqazin"ə açıqlamasında bildirib ki, özünə heç kimi rəqib görmür:
"Çox çalışqan adamam. Yatdın, mahnı çıxarmadın, qalırsan kənarda, unudulursan. Elə insanlar var ki, bütün günü çalışırlar, amma ortada bir şey yoxdur. Mən yatıram, birdən bir mahnı çıxarıram, hit olur. Mən başlasam, partlayış olacaq. Bir nömrəyəm, rəqibim yoxdur. Öz istedadıma, musiqi sahəsindəki əjdahalığıma bələdəm. Bir nömrəli ulduzlar arasına getsəm də, özüm birinci çıxacam. Alim Qasımov həm müəllimim, həm də ailəmizə yaxın insandır, atamın dostudur. Elə əmimi özümə rəqib seçim".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində