Antalyada təlim məşq toplanışında olan "Qəbələ"nin futbolçusu Rikardinyo klubun kanalına müsahibə verib. Goal.az xəbər verir ki, "Tez bazar" rubrikasının qonağı olan braziliyalı müdafiəçi bir sıra sualları cavablandırıb.
- Ən sevdiyin yemək hansıdır?
- Bizim şəhərdə yaxşı restoranlar var. Biz ailəmlə ora gedəndə ət, düyü yeməklərini xüsusi sous və salatlarla yeyirik. Mən, həminin Braziliya kababını xoşlayıram. Buradakı kababdan bir az fərqlidir. Pizzanı da sevirəm. Ümumiyyətlə çox şey xoşlayıram.
- Ən sevdiyin şəhər hansıdır?
- Yaşadığım, Braziliyanın Kuritiba şəhəridir. Orada doğulmuşam, təhsil almışam və həyat yoldaşımla tanış olmuşam. Dostlarım, onların ailələri də orada yaşayırlar. Şəhərin zövq verən yaxşı restoranları, parkları var.
- Ən sevdiyin futbolçu kimdir?
- Romariodur. Mənim 9 yaşım olanda 1994-cü il dünya çempionatı keçirilirdi. Romario qollar vurdu və biz mundialın qalibi oldu. Bu inanılmaz idi. Ona görə mən futbolçu olmağı qərara aldım.
- Ən sevdiyin futbol klubu hansıdır?
- "Real Madrid", "Barcelona", "Bayern Munich" kimi böyük komandaların oyunlarını izləyirəm. Amma mənim üçün ən möhtəşəm komanda "Arsenal" idi. Tyerri Anrini izləmək çox inanılmaz hiss idi. İngiltərə çempionatında "Arsenal"ın oyunları insana zövq verir.
- Qol vurmaq istədiyin qapıçı hansıdır?
- Birincisi Taffareldir. O, penalti seyvləri edib bizə mundial qalibi olmağa kömək edirdi. Müasir dövrdə Noyeri qeyd edə bilərəm. O, dünyanın ən yaxşılarından biri, yüksək səviyyəli qapıçıdır.
- Ən yaxın futbolçu dostun kimdir?
- Rafanın (red. Rafael Santos) adını çəkə bilərəm. Həmişə birlikdəyik və çox şey haqqında danışırıq. Azərbaycan, Braziliya və dünyada baş verənləri müzakirə edirik. Marlus haqqında da danışmalıyam. O, hazırda "Shakhtar"un şərəfini qoruyur. Biz Marlusla "Coritiba"da birlikdə oynamışıq. Eyni şəhərdənik və yaxşı əlaqələrimiz var. O, ən yaxşı dostlarımdan biridir.
- Ən sevdiyin film hansıdır?
- Klayv Ouenin rol oynadığı "İçəridəki adam" filmini bəyənirəm. Bank qarəti haqqında gözəl filmdir. Həmçinin tarix və dünya haqqındakı filmləri xoşlayıram. Mənim üçün ən yaxşı filmlərdən biri də "İki həyat" filmidir. Həyatda baş verən hadisələri ekranlaşdırıblar. İzləyəndə emosiyaları hiss edə bilirsən.
- Ən sevdiyin musiqiçi və musiqi hansıdır?
- Əvvəl mən ancaq ritmlərə fikir verirdim. Amma indi onların nə dedikləri barədə düşünməyə başlamışam. Mənim üçün istənilən mahnı yaxşı ola bilər. Bu, kimin nə haqda oxumasından asılıdır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində