Britaniyanın ən məşhur boksçularından biri, əslən pakistanlı olan Əmir Xanın qardaşının toy mərasimində iştirak etmədiyi məlum olub.
Milli.Az "Dailymail"ə istinadla bildirir ki, o, toyda iştirak etmək əvəzinə məşqə gedib.
İdmançının qardaşı və xanımı 1000-dən çox qonağı toy keçirdikləri "Macron Stadium"da qəbul ediblər.
Lakin qardaşının ən xoş günündə Əmir xan ondan 5000 mil uzaqda, San-Fransiskoda olub.
Qeyd edək ki, bir neçə gün öncə idmançının intim videosu yayılıb. Video Əmir Xanla amerikalı qlamur model arasında Skype vasitəsilə videodanışıq zamanı hakerlər tərəfindən qeydə alınıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



























