Müğənni Zamiq Hüseynov onu sosial şəbəkədə tənqid edənlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “facebook”da status yazıb:
“Qarabağlı... Çoxları deyir ki, Zamiq kef edir, var-dövlətin içindədir. Siz bilirsiz ki, Zamiq uşaq vaxtı nələr çəkib? 11 yaşında Füzulidən gələndə metro qabağında qələm satmışam, ailəmi dolandırmışam. 10 yaşımdan bəri atamdan bir qəpik belə almamışam. Bu insan haqqında necə belə deyə bilrisiz? Əgər bu gün yaxşıyamsa, o günlərin zəhməti var. Allah xalqımızı uca etsin, mən sizin sayənizdə bu yerlərə gəlmişəm”.