Müğənni Madonna Cənubi Afrikada yerləşən Malavi Respublikasından iki uşağı övladlığa götürmək istəyir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, artıq müğənni ərziyə ilə Malavi məhkəməsinə müraciət edib. Hazırda dövlət uşaqların verilib-verilməməsi ilə bağlı qərar qəbul edir. Cavablar bir həftədən sonra açıqlanacaq. Amma qərb mətbuatı böyük ehtimalla uşaqların ifaçıya veriləcəyi bildirir.
Qeyd edək ki, Madonna bundan əvvəl adıçəkilən ölkədən 2008-ci ildə Devid Banda adlı bir oğlan, 2009-cu ildə Mersi Ceyms adlı bir qızı götürüb saxlayır. Müğənninin özünün isə Ludres adlı qızı, Rokko adlı oğlu var.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
