Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson Castin Biberin həyatına görə çox narahatdır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, özü bu barədə bildirib.

Bir müddət əvvəl atasının ölümü ilə bağlı açıqlama verən gənc ifaçı atasının öldürüldüyünü bildirmişdi.

Peris Mayklın ölümündə onunla birgə işləyən “AEG Live” prodüser mərkəzinin üzvlərinin olduğunu iddia etmişdi. Hazırda bu mərkəzin Castin Biberlə işlədiyini öyrənən Cakson onun da belə bir vəziyyətə düşəcəyindən qorxur:

“Biberin konsertində idim. Gördüm ki, o, çox yorğundur, ayaq üstə güclə dayanır. Eyni vəziyyət atamda da var idi. Sonra biletlərin üstündə “AEG Live” prodüser mərkəzinin adını gördüm. Atam o vaxt deyirdi ki, həmin mərkəz dünya turu təşkil edir, lakin əvəzində müğənnini çox yorur. Ondan kifayət qədər pul qazanır. Atam ölməmişdən bir müddət əvvəl AEG Live” ilə əməkdaşlığa başlamışdı. İndi Castin də onun əməkdaşlıq edir.