Suriya müxalifəti Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla görüşdə Suriya konstitusiyası üzrə Rusiyanın təkliflərini alıb.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya müxalifətinin “Qahirə platforması”nın nümayəndəsi Makdis Cihad jurnalistlərə açıqlamasında deyib.
“Bu, hazır layihə deyil, ideyalardır. Onlar Konstitusiya üçün əsas ola bilər”, - deyə müxalifət nümayəndəsi bildirib.
Suriya müxalifəti ilə Lavrovun görüşü təxminən iki saat davam edib. Görüşdə “Moskva qrupu”nun nümayəndəsi Kadri Cəmil, “Astana qrupu”nun nümayəndəsi Kassis Rand, Suriya kürdlərinin Demokratik İttifaq Partiyasının nümayəndələri Xaled İsa və Əli Abdesalyam, “Xmeymin qrupu”ndan İlian Masad, “Qahirə platforması”nın nümayəndəsi Makdis Cihad, “Xalq iradəsi” Partiyasının nümayəndəsi Alya Ərəfat, Milli Koordinasiya Komitəsinin baş koordinatoru Həsən Əbdülsalam, müstəqil müxalifət nümayəndəsi Camal Suleyman və Kürd Milli Şurasının sədr müavini Əbdülxakim Bəşər iştirak ediblər.
Ömər