“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 hərbçinin geri verilməməsi haqqında Yunanıstan Ali Məhkəməsinin qərarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, yanvarın 26-da Yunanıstan Ali Məhkəməsi Türkiyənin 8 hərbçisinin təhvil verilməməsi haqqında qərar çıxarıb. Məhkəmənin qərarından sonra Türkiyə hökuməti keçmiş hərbçilərin təhvil verilməsi barədə yenidən Yunanıstana hökumətinə müraciət edib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinən 8 hərbçi Yunanıstana qaçaraq bu ölkədən sığınacaq istəyib.