Putin raketləri sahilə göndərib

Putin raketləri sahilə göndərib
17:56 15 Mart 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Krımın müdafiəsi üçün yarımadaya "Bastion" sahilyanı raket kompleksi yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında yayımlanan "Krım. Vətənə dönüş yolu" filmində müsahibəsi zamanı bildirib.

Putin bildirib ki, "Bastion" yüksək dəqiqlikli silahdır.

"Bu sistemi yarımadada elə bir şəkildə yerləşdirmişik ki, silahları kosmosdan belə ayddın şəkildə görmək mümkündür. "Bastion" müdafiə xarakterli kompleksdir və Krımı qoruyur. Hesab edirəm ki, "Bastion" sistemi günümüzdə sahilyanı qorumaq üçün ən effektli kompleksdir. Krım yarımadası ən yüksək səviyyədə müdafiə olunur", - deyə Eusiya prezidenti bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=331995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR