"Arsenal"ın sabiq futbolçusu Tyerri Anri Premyer Liqada videotəkrarlardan istifadə olunmasını zəruri hesab edir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı ekspert bununla çempionluq mübarizəsinə təsir edən hakim qərarlarının azaldılacağını bildirir.

"Ötən həftənin sonunda "Tottenham"in müdafiəçisi Uolker Sterlinqi itələdiyi üçün penalti təyin olunmamışdı. Markos Alonsonun kobudluğuna görə "Hull Siti"nin də penaltisi verilmədi. "Burnley" ilə oyunda Kosilni ofsayda ola-ola hakim bunu qeydə almadı. Əgər idarəçilik səhvsiz olsaydı, "Arsenal" və "Çelsi" xal itirər, "Mançester Siti" isə qələbə qazanardı. Bu, çempionluq mübarizəsinə təsir edir. Hakimlərə kömək lazımdır. Futbol o qədər sürətlənib ki, onlar sadəcə çatdıra bilmirlər. Bellerin əks-hücuma çıxanda peşəkar futbolçu ona çətinliklə çatır, o ki qala hakim olsun. Referi epziodun mərkəzinə özünü çatdırmalı və hər şeyi görməlidir. Bir hakim də lazımdır ki, televizor ekranı önündə otursun və tez qərar qəbul etsin. Bundan sonra isə onu baş hakimə ötürsün".

Milli.Az