Türkiyənin tanınmış aparıcısı Neşe Sapmaz dostunu məhkəməyə verib.

Milli.Az "Cadde"yə istinadla bildirir ki, o, dostu ona əxlaqsız mesajlar yazdığına görə məhkəməyə şikayət edib.

Aparıcının dediyinə görə, Ümit A. adlı dostu ona əvvəlcə iş təklif edib, nömrəsini alıb, sonra da gecə əxlaqsız mesajlar yazıb.

Ümit A. Neşeyə gecə "Bir gecə səni yeməyə dəvət edib, yemək istəyirəm" mesajını yazıb.

Məhkəmə Ümit A.nın Neşe Sapmazdan uzaq durması ilə bağlı qərar çıxardıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində