Mərhum müğənni Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson roker sevgilisi Maykl Snoddidən ayrılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Perisin yaxın rəfiqəsi bildirib. Onun sözlərinə əsasən, cütlük sonuncu dəfə Parisdə istirahətdə olanda Maykl Perisə onu sevmədiyini, sadəcə bağlandığını bildirib.
Bundan sonra Los-Ancelesdəki evinə tək qayıdan Cekson İnstaqram səhifəsindən Snoddi ilə olan bütün fotolarını silib.