Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq.

Bunu "Bakı 2017"nin korporativ direktoru Elçin Səfərov bildirib.

Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq: "Buraya "İslamiada-2017"nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir.

Qiymətlər isə I Avropa Oyunlarında olduğu kimi 1 AZN təşkil edəcək. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı "İslamiada-2017"ni daha çox azarkeşin izləməsi üçün atmışıq. Eyni zamanda, biletləri onlayn şəkildə almaq mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik". (report)