"Neftçi" davakar ispan forvardı transfer etdi - FOTO

"Neftçi" davakar ispan forvardı transfer etdi -   FOTO
13:27 2 Fevral 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” qış transfer dönəmində sonuncu transferini həyata keçirib. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi hücum xəttinə daha bir oyunçu cəlb edib.

 

Belə ki, Hüqo Barqasdan sonra ispaniyalı Daniel Seqoviya da bakılılarla anlaşıb. 31 yaşlı forvard yeni komandası ilə ilyarım müddətinə müqavilə bağlayıb. O, "Neftçi”də 12 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valyekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.


"Rayo Valyekano"nun sabiq yetirməsinin so klubu "Sankt Pölten"in heyətində "Mansdorf"la keçirdikləri yoxlama oyununda (2:1) qvineyalı komanda yoldaşı Alhassan Keyta ilə penaltini vurmaq üstündə yumruq davasına çıxması böyük əks-sədaya səbəb olub. Bu davada ispan oyunçunun qaşı partlayıb. Bu davada ispan oyunçunun qaşı partlayıb.



Nəticədə Bundesliqa klubu afrikalı hücumçu ilə müqaviləni pozub. Baxmayaraq ki, Daniel Lukas 2011-ci ildən çıxış etdiyi Avstriyada 146 oyuna 71 qol vurub və Bundesliqanın debütantı ilə yaya kimi müqaviləsi olub, o da bu hadisədən sonra klubdan ayrılmaq istədiyini bildirib. Ancaq bəllidir ki, klub özü də bu davadan sonra əsas hücumçusunu saxlamaqda maraqlı olmayıb. 


Qeyd edək ki, Daniel Lukas öz komanda yoldaşı ilə ilk dəfə problem yaşamır. O, ötən ilin aprelində "Sankt Pölten"in çempionat matçlarından "Liferinq"lə oyunda (1:2) Andreas Doberlə penaltini vurmaq üstündə mübahisə edib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-davakar-ispan-forvard-transfer-etdi-t56002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR