“Qəbələ” bəyəndiyi forvardı niyə sifariş etmir? - ÖZƏL

“Qəbələ” bəyəndiyi forvardı niyə sifariş etmir?  - ÖZƏL
17:07 2 Fevral 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada “Qəbələ”yə qoşulan Ramazan İsayevin gələcək taleyi sual altındadı. Fanat.Az xəbər verir ki, 19 yaşlı forvardı sınaq matçlarında yoxlayan baş məşqçi Roman Qriqorçuk onun səviyyəsindən razı qalsa da, başqa problemlər yaranıb.


Belə ki, əslən Dərbənddən olan, milliyətcə azərbaycanlı ön xətt oyunçusunun Rusiya pasportundan imtinası vacibdi. Dabo və Subotiç kimi təcrübəli legionerlərlə mövqe mübarizəsində qalib çıxmayacağı öncədən bilinən futbolçu yalnız yerli statusuyla oynayacağı halda, qəbələlilərə lazımdı.

Ramazan hazırda yaşadığı Moskvadadı. Hərçənd “Qəbələ” də onun transferindən vaz keçməyib. Azərbaycan vətəndaşlığını qəbul etsə, perpektivli gənc “qırmızı-qaralar”la uzunmüddətli müqavilə bağlayacaq. Məsələ açıq qalır.

 

Qeyd edək ki, İsayev Rusiyada "Torpedo", Belarusda  "Dinamo" və Serbiyada "Radniçki"nin formasını geyinib. 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-byndiyi-forvard-niy-sifari-etmir-t56008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR