Bir müddət əvvəl idman xəbərlərinin aparıcısı Neşe Sapmaz ona əxlaqsız təkliflər edən şəxsi prokurorluğa şikayət etmişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparılan araşdırmalardan sonra həmin şəxsin tanınmış iş adamı olması ortaya çıxıb.

Belə ki, Ümit A. kimi təqdim olunan həmin insanın “Arıkanlı” Holdinqin rəhbəri Ümit Arıkan olduğu bildirilir.

Qeyd edək ki, Neşe məkanlardan birində dostu ilə yemək yeyərkən çoxdan tanıdığı televiziya işçiləri olan dostlarını görüb. Həmin görüşdə olan Ümit A. adlı şəxs aparıcıya telekanallardan birində iş təklif edib. Yeni bir proqram hazırladığını deyən Ümit görüşdən bir neçə gün sonra gecə saatlarında Neşeyə "Bu gecə səni yeməyə çağırıb yemək istəyirəm. Uyğunsanmı?" mesajı yazıb.

Mesaja cavab vermədikdən sonra o, aparıcını sosial mediada cinsi istismaredici mesajlarla narahat edib. Bundan sonra Sapmaz məhkəməyə müraciət edib.

Məhkəmə Ümit A.-nin Sapmazın evinə, iş yerinə yaxınlaşmaması, heç bir yolla əlaqə saxlamamağına qərar verib.