Portuqaliya yığmasının futbolçusu: "Azərbaycanda keçirdiyim günləri unutmayacağam"

Portuqaliya yığmasının futbolçusu: "Azərbaycanda keçirdiyim günləri unutmayacağam"
13:17 3 Fevral 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycanda keçirdiyim günləri unutmayacağam". 
"Report"un məlumatına görə, bu sözləri 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatının qalibi olan Portuqaliya millsinin üzvü Ruben Vinagre deyib.
Portuqaliyanın "Sportinq" klubunun yetirməsi olan 17 yaşlı sol cinah müdafiəçisi Avropa çempionatında qazandığı qızıl medalın onun üçün ən dəyərli mükafat olduğunu bildirib: "Hətta indi də Avropa çempionatı ilə bağlı video və fotolara baxanda sevincimdən gözlərim yaşarır. Bu, izah olunmaz hisdir. Həmin çempionluq həyatımda yaşadığım ən gözəl hadisədir".
Qeyd edək ki, Ruben Vinagre hazırda Fransanın "Monako" klubunun üzvüdür.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/portuqaliya-yigmasinin-futbolcusu-azerbaycanda-kecirdiyim-gunleri-unutmayacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR