1 reklama 150 min qazanan yerli məşhurlar - "Tualet kağızı markasından imtina etmişəm" - FOTO

1 reklama 150 min qazanan yerli məşhurlar - "Tualet kağızı markasından imtina etmişəm" - FOTO
14:52 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Məlumdur ki, Azərbaycanın incəsənət üzvləri təkcə toy, şou proqramlarından pul qazanmırlar. Tanınmışlar eyni zamanda müəyyən şirkətlərin siması olaraq əlavə gəlirlər əldə edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətlərin əksəriyyəti özlərinə sima seçəcəyi şəxsləri sorğular vasitəsilə müəyyənləşdirir. Statusu olan, insanların güvəndiyi, inandığı və öz peşəsində uğur qazanan şəxslərlə əməkdaşlığa daha çox önəm verilir.

Həmçinin, böyük şirkətlərin məşhurlarla bağladığı müqavilə şərtləri də fərqli olur. Məsələn, elə şirkətlər var ki, müğənninin qoyduğu şərtlərlə razılaşırlar. Bunun əksinə, geniş şəbəkəyə malik şirkətlər uzunmüddətli əməkdaşlıq etməyin tərəfdarıdırlar və onların ağır şərtləri mövcuddur.

Şou-biznes üzvləri arasında şirkətlərin ən çox müraciət etdiyi konkret məşhurlar var. Onlardan Röya Ayxan, Aygün Kazımova, Nigar Camal, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Rafael İsgəndərov, Coşqun Rəhimov, Elnarə Xəlilova, Sevda Yahyayeva, Vüsalə Əlizadənin adlarını çəkmək olar.

Sadalanan adlar arasında Aygün Kazımova daha çox xəz-dəri və kosmetik vasitələrin siması olub. Röya Ayxan isə son illər onlayn satış portalı, məşhur su, xəz firmalarının üzü kimi yadda qalıb.

Nigar Camal "Eurovision"da qalib elan olunduqdan sonra daha çox reklam siması kimi fəaliyyətini davam etdirib. O, hətta əyləncə mərkəzlərinin birini də reklam edib. Bir illik müqavilə bağlayan müğənni reklam çarxlarına çəkilib, ayda bir dəfə sözügedən məkanda görüş keçirib. Bunun qarşılığında Nigar Camal 150 min dollar qonorar əldə edib.

Bu günə kimi 16 şirkətin siması olan Sevda Yahyayevanın əldə etdiyi gəlir heç də başqalarından az sayılmır. O, təkcə 30 saniyəlik mobil telefon reklamına görə 15 min manat qazanıb. Bundan əlavə, Sevda klinika, restoran, estetik mərkəzlərin siması olub.

5 ildir ki, mobil operatorun siması olan, yuyucu tozu reklam edən, tikinti şirkətlərinin ən çox müraciət etdiyi Dilarə Əliyeva da reklamdan az qazanmır.

Aktrisa "qafqazinfo"ya açıqlamasında bildirib ki, reklam siması olmaq üçün xeyli qonorar alır:

"Simanı alan şirkət onlarla oxşar, eyni məqsəd daşıyanlarla əməkdaşlıq etməyə qadağa qoyur. Məsələn, sən mobil operator simasısansa, başqa bu profildə olan şirkətlə əməkdaşlıq edə bilməzsən. Reklama çəkilməyin qiyməti başqa, belə eksklüzivlik haqqı isə ayrıdır. Düzdür, mən 5 illik mobil operator siması oldum. Müqavilə şərtlərinə uyğun olaraq başqa mobil operatorun siması olmadım. Aldığım qonorar isə gizlidir, müqavilədə qonorarla bağlı məxfilik var. Az məbləğlə razılaşmıram. Şirkətin sertifikatları yerində olmalıdır. Araşdırdıqdan sonra razılaşıram. Bir neçə şirkətin siması olmaqdan imtina etmişəm. Məbləğ yüksək olsa da, razılaşmadım. Açıq deyim ki, mətbəx salfetləri və tualet kağızı markası idi. İmtina etdim, onlar da başqasına müraciət etdilər".

İndiyə kimi 11 qurumla müqavilə imzalayan Elnarə Xəlilova uzun müddət reklam çarxlarının əsas simalarından biri olub. Lakin müğənni 5 ildir ki, boya markasının simasıdır. Müqavilə şərtləri isə həmin firmaların və sənətçinin iş prinsiplərinə əsasən təyin edilib. Qonorarların məbləği isə müxtəlif olub. Elnarə bildirib ki, reklam şərtlərinə uyğun olaraq qonorarın məbləği açıqlanmır.

Rafael İsgəndərov, Coşqun Rəhimov və prodüserləri Müşviq Abbasov 4 ildir ki, mobil operatorlardan birinin simasıdırlar.

M. Abbasov "qafqazinfo"ya açıqlamasında deyib ki, aldıqları qonorar onları qane edir, elə bu səbəbdən 4 illik müqavilə imzalayıblar:

"Müxtəlif vaxtlarda tikinti şirkəti, bankların siması olmuşuq. 4 ildir ki, bir şirkətin simalarıyıq. Bir məqam da var. Bizə başqa şirkətlər tərəfindən ayrı-ayrı vaxtlarda indiki qonorardan artıq təklif olunub. Simaları olmadığımız üçün qəbul etməmişik. Necə ki, şirkət öz imicini düşünərək hər simanı özünə layiq bilmir, eləcə də biz! Öz imicimizi düşünərək hər şirkətin siması olmağı özümüzə rəva bilmirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/513948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR