"Onlar arasında oxşar cəhətlər var"

"Onlar arasında oxşar cəhətlər var"
23:57 3 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Arsen Venqer "Monaco"nun gənc hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Venqer U-19 yığmaları arasında keçirilən Avropa çempionatında parlayan 18 yaşlı oyunçu barədə bunları qeyd edib:

"Mbappe və Tyerri Anri arasında oxşar cəhətlər var. İlk növbədə, istedad baxımından. Onda Anridəki kimi motivasiya, istək və müdriklik olacaqmı? Qarşıdakı 2 il bizə bunu göstərəcək. Amma ilk təəssürat pozitivdir. Kilianı yaxşı tanıyırıq. Onun inkişafı qaydasında gedir. "Monaco" Mbappenin gələcəyini müəyyənləşdirəcək. Onunla bu yaxınlarda 2 illik yeni müqavilə imzalanıb. Super talanta malik futbolçular artıq 18 yaşından özünü göstərməyə başlayır. 18-19 yaşında yaxşı oynamayanlar müstəsna istedada malik olmur. Amma Kilian Fransada yüksək səviyyəli oyun nümayiş etdirir. O, Anri kimi sürətlidir. Driblinq, ötürmələri də öz yerindədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR