Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub
19:12 4 Fevral 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün keçirilmiş daha iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
"Report"un məlumatına görə, son matç günündə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.
Oyunların nəticələri "Zirə" üçün uğurlu alınıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Kəpəz"i minimal hesabla məğlub edərək, 4-cü pilləyə yüksəlib. Bu, turun son oyununda "Sumqayıt"ın "İnter"lə heç-heçə etməsindən sonra rəsmiləşib.
"Zirə"nin yeganə qolunu 37-ci dəqiqədə Nurlan Novruzov vurub. Həmin vaxt "qartallar" sayca azlıqda olublar. 28-ci dəqiqədə Sezar Meza Kollinin qırmızı vərəqə almasından sonra paytaxt təmsilçisi nəinki qol vurub, hətta hesabı sonadək qorumağı bacarıb.
"Sumqayıt" isə "İnter"lə qarşılaşmada 18-ci dəqiqədə Mirabdulla Abbasovun penalti qolu ilə hesabda önə çıxıb. İkinci hissə daha məhsuldar alınıb. 48-ci dəqiqədə İlkin Qırtımov hesabı bərabərləşdirib, 88-ci dəqiqədə isə Rauf Əliyev "İnter"i önə çıxarıb. Lakin 90-cı dəqiqədə Nicat Muxtarov bərabərlik qolunu vuraraq, oyunda yekun nəticəni müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə AZAL-a 2:1, "Qəbələ" isə evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XVI tur
4 fevral
14:00. "Zirə" – "Kəpəz” 1:0
Qol: Nurlan Novruzov, 37
Qırmızı vərəqə: Sezar Meza Kolli, 23; Renan Silva, 93
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 0:2, 2:0
16:30. "Sumqayıt” – "İnter” - 2:2
Qollar: Mirabdulla Abbasov, 18-penalti ilə. Nicat Muxtarov, 90 - İlkin Qırtımov, 47. Rauf Əliyev, 88
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. "Kapital Bank Arena” stadionu
Cari çempionatdakı oyunlar - 1:3, 1:2
  • Klublar
O Q H M T-F X
1 Qarabağ 16 11 3 2 29-8 36
2 Qəbələ 16 10 5 1 32-8 35
3 İnter 16 7 8 1 27-15 29
4 Zirə 16 6 3 7 14-16 21
5 Sumqayıt 16 4 7 5 16-21 19
6 Kəpəz 16 3 6 7 11-18 15
7 Neftçi 16 3 1 12 10-32 10
8 AZAL 16 1 5 10 8-29 8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ") - 7 qol.























Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xvi-tura-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR