Aparıcı milyonçu sevgilisindən ayrıldı - FOTO

Aparıcı milyonçu sevgilisindən ayrıldı - FOTO
09:27 5 Fevral 2017
258 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyalı aparıcı, model Viktoriya Bonya sevgilisindən ayrılıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, model bu haqda İnstaqram səhifəsində yazıb. 

O bildirib ki, irlandiyalı milyonçu Aleks Smertfitlə bundan sonra dost kimi münasibətlərini davam etdirəcək:

"Biz onunla həm də yaxşı dost idik. Düşünürəm, belə də davam edəcək. Bilirəm ki, indi hərə bir səbəb düşünəcək. Ayrılığımıza nə xəyanət, nə dava, nə də ailə səbəb oldu. Bu qərarı qəfil qəbul etmədik. Yarım ildir bu haqda düşünürük. Bu gün bizim gözəl münasibətimiz var, hər gün danışırıq, uşaqla vaxt keçirir, təəssüratlarımızı bölüşürük. Bizi qızımız bir-birimizə bağlayır. Hisslərimizin dəyişdiyini gördük. Hamıya məsləhət görürəm ki, ayrılanda dostcasına ayrılsınlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR