Bu evdə qəribə olaylar yaşanır - NARAHAT RUHLARIN SÖHBƏTLƏRİ... - VİDEO - FOTOLAR

Bu evdə qəribə olaylar yaşanır - NARAHAT RUHLARIN SÖHBƏTLƏRİ... - VİDEO - FOTOLAR
11:38 5 Fevral 2017
1027 Maraqlı
Ölkə mətbuatı
A- A+

İspaniyanın Əndəlüs vilayətinin Belmes de la Moraleda qəsəbəsində 46 ildir anlaşılmayan hadisələr yaşanır.

Hər şey 46 il bundan əvvəl - 1971-ci il avqustun 23-də Pereira ailəsinin başına gələn əsrarəngiz hadisə ilə başlayıb. Maria Gomez Pereira mətbəxdən qəribə səslərin gəldiyinin fərqinə varıb. Mətbəxə gəldiyi zaman divarda insan üzünə bənzər şəklin yarandığını görüb. Lakin bir müddət sonra şəkil Marianın qarşısında ona baxan tam insan simasına bənzəyən forma alıb. Öncə bunun xəyal olduğunu düşünsə də, zamanla bu, kədərli rəsmlərlər əvəz olunub. Maria həyat yoldaşı və oğlunu çağırıb mənzərəni onlara göstərib. Gördüklərindən dəhşətə gələn ailə olanları qonşularına danışıb. Divarda aydın şəkildə görünən kişi simasının "Jaenin" kilsəsindəki divarda freskalar üzərinə həkk olunan yepiskopun şəklinə bənzədiyi məlum olub.

Migel qorxuyla mətbəxdəki divarın suvağını dağıdıb. Lakin şəkil bir həftə sonra yenidən eyni yerdə peyda olub. Bu şəkilə sonralar “Pava” adı verilib. Bu dəfə şəkli yox etməyiblər, divarın həmin hissəsini kəsib çərçivəyə yerləşdiriblər. Bundan sonra Pereiraların evinə insan axını başlayıb.

Pereira ailəsi bələdiyyədən kömək istəyib. Bələdiyyə isə divarın bir hissəsini sökərək, baş verənlərə aydınlıq gətirməyə çalışıb. Sökülən divarın içərisində bir çox insan sümükləri və iki başsız skelet tapılıb. Aparılan araşdırmalar nəticəsində bu sümüklərin XIII əsrdə yaşayan gənc insanlara aid olduğu məlum olub.

Qısa zaman ərzində mətbəxdə bir neçə qadın və kişi şəkilləri meydana gəlməyə başlayıb. Migel yenidən divarı yıxmaq istədikdə sanki görünməz bir qüvvə qolundan yapışaraq, onu yerə çırpıb. Bu xəbərin sürətlə yayılmağa başlaması elm adamlarının və kilsənin marağına səbəb olub. Turist axını, insanların marağı o həddə çatıb ki, ev 24 saat polis nəzarətinə götürülməli olub.

Bəziləri bu rəsmlərin qonşunun rəssam oğlu tərəfindən edildiyini iddia etsələr də, bunun əsassız olduğu təsdiqlənib.

1972-ci ildə qəsəbəyə Madriddən parapisxologiya üzrə mütəxəssis, prof.German de Argumosa və dostu Bender gəlir. Hər iki mütəxəssis baş verənlərin paranormal hadisələr arasında əsrin ən əsrarəngiz və mühüm hadisəsi olduğunu bildiriblər.

Tezliklə rəsmdəki üz ifadələrinin onlara baxan insalara uyğun olaraq, dəyişildiyinin fərqinə varılıb. Məsələn, ilk dəfə divarı sökmək istədiyinə görə, Migelə qəzəbli, Mariaya isə əksinə sanki səbəb olduqları qarışıqlıq üçün daha mərhəmətli üz ifadələri yaranıb.

Divardakı rəsmlər kameraların yaddaşına həkk edildikdən sonra mətbəxin qapısı möhürlənib və polis nəzarətində saxlanılıb. Üç ay sonra mətbəxin qapısı açılan zaman evin xanımı Marianın səsinə gələn hər kəs təəccüblə yaranmış vəziyyəti seyr ediblər. Divardakı rəsmlərə yeniləri əlavə olunub. Əlavə olaraq, digər divarda da 3 rəsm meydana gəlib. Bunlardan biri fincan içində görünən “Daşdakı Ledi” adı verilən qadın üzü olub.

Rəsmin biri divardan sökülüb araşdırılmaq üçün götürülən zaman yerində yenisi meydana gəlib, yenidən yerinə qaytarmaq istəyəndə isə yoxa çıxırıb.

Tətqiqatın davam etdiyi dövrdə sadəcə, qol, ayaq, əl, boyun rəsmləri də meydana gəlməyə başlayıb. Bu arada baş verən bir hadisə Pereiraların evindəki araşdırmaların yeni mərhələyə keçidinə səbəb olub. Benderin dediklərinə görə, mətbəxdə şəkli incələdiyi zaman sanki baxdığı şəkildəki insan üzü ona gülümsəməyə başlayıb və eyni anda arxadan bir əl onun boynuna toxunub. Geri çevriləndə bir kölgənin yox olduğunu görüb. Bu hadisə bir neçə dəfə yaşandıqdan sonra prof.German və Bender işi daha da irəlilətmək qərarına gəlib. Şəkillərdə heç bir kimyəvi maddə tapılmaması, iz buraxmadan yox olması və yenidən meydana gəlməsi müəmma olaraq qalıb. Əmin olduqları isə bu məsələdə heç bir hiylənin olmamasıdır.

Bir ay sonra hadisələr daha da ciddiləşib. Artıq rəsmlərdən müxtəlif insan səsləri eşidilməyə başlayıb və bunlar prof. Bender tərəfindən qeydə alınıb. Evdə eşidilən bir dialoqdan nümunə:

“Qarşısına çıxan kişi ilə gedir”

“Burada başladı”

“Diqqət German mətbəxdə divarı qazır”

“Daha dərinə basdırmağa davam edirəm”

“Maria mənə kömək et, buranı tərk etmək istəyirəm”

Bəzi elm adamları bu hadisələrin Marianın ətrafa yaydığı mənfi enerji nəticəsində meydana gəldiyini, bəziləri isə daha əvvəl burada mövcud olmuş məzarlıqdakı insanların ruhlarının üsyanın nəticəsi olduğunu iddia edirlər.

Migel “Pava” rəsminin olduğu otaqda ölüb və bu zaman rəsm sanki gülümsəyirmiş kimi ifadə alıb. İki ay sonra Migelin də üzü divarların birində peydə olmağa başlayıb.

2004-cü ildə Maria 85 yaşında son günlərini xəstəxanada keçirməyinə baxmayaraq, ölümündən bir gün əvvəl evinə gəlmək üçün təkid edir və səhəri gün evində ölü tapılır.

Hər kəs onun ölümündən sonra bu hadisələrin sona çatacağını düşünsə də, aparılan araşdırma zamanı şəkillərin hələ də eyni yerdə olduqları və yenilərinin əlavə olunduğu görünüb. Bir neçə ay sonra Marianın da üzü divarda əks olunmağa başlayıb.

2005-ci ildən ev satışa çıxarılsa da, hələ də alıcısını gözləyir.

Pereiralar evinin keçmişi

Bu ev 1835-ci ildən bəri Pereiralar ailəsinə məxsus olub. 1858-ci ildən evin zirzəmisindən ağlama və yalvarma səsləri gəlməyə başlayıb. Qonşular əşyaların evdən çıxarıldığını, lakin özlərinin evdən çıxmalarına müxtəlif maneələr yarandığını söyləyiblər.

Ev Pereira ailesinə mənsub olmazdan əvvəl XVII əsrdə katolik kilsəsinə məxsus məzarlığın bağçası olub. Qəsəbənin kilsəsində hadisələr başlamazdan əvvəl təmir işləri başlanılıb.Təmir zamanı kilsə və bağçasındakı bəzi məzarların yeri dəyişdirilib. Bu ərazinin bir qisminin üzərində tikilən Pereiraların evində bu görüntülər və səslərin eşidilməsinə səbəb məzarların yerlərinin dəyişdirilməsi və ruhların narahat olması, bu evi özlərinə məkan seçməsidirmi?

Bu katolik kilsəsinin yerləşdiyi yer əvvəl ərəblərin İspaniyanın fəthi zamanı müsəlman məzarlığı, ondan öncə isə romalıların məzarlığı olub. (Brifinq.az)







Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/186487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR