34 il sonra "bülbül" "qartal"a qalib gəldi - VİDEO

34 il sonra "bülbül" "qartal"a qalib gəldi - VİDEO
03:18 6 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin son görüşləri keçirilib.

Publika.az xəbər verir ki, ikinci oyun günündə diqqətlər "Beşiktaş" - "Fənərbağça" qarşılaşmasına yönəlib.

İstanbul derbisinin taleyini 72-ci dəqiqədə qonaq komandadan Robin van Persinin qolu həll edib. Meydan sahibləri 41-ci dəqiqədən etibarən Duşko Toşiçin meydandan qovulması üzündən sayca azlıqda oynayıb. Toşiç məhz Van Persini vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Bununla da "Fənər" əzəli rəqibini 34 il sonra Türkiyə Kubokunda üstələməyi bacarıb.

Günün digər oyunlarına gəldikdə, "Akhisar" evdə "Gümüşhanespor"u 3:1, "Kasımpaşa" "Osmanlıspor"u 1:0, "Konyaspor" "Umraniyespor"u 2:1 hesabı ilə yenib.

İlk oyun günündə "Sivasspor", "Kayserispor", "Rizespor" və "Başakşehir" də mərhələ adlayıb. 1/4 final və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/186576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR