Kokoslu boranı keksi

Kokoslu boranı keksi
07:05 6 Fevral 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kokoslu boranı keksinin hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Arnavut ciyəri

Tərkibi: 

1 st. adi şəkər tozu

0.5 st. qəhvəyi şəkər tozu

0.5 st. bitki yağı

2 yumurta

1 st. boranı püresi, yaxud sürtgəcdən keçirilmiş boranı

1 3/4 st. un

1 ç.q. soda

1 ç.q. duz

1/4 ç.q. üyüdülmüş mixək

3/4 ç.q. darçın

1/2 ç.q. ətirli (ağ) istiot

1/2 ç.q. üyüdülmüş muskat cevizi

1/3 st. su

0.5 st. kokos yonqarı

1/4 st. xırdalanmış qoz (fıstıq, araxis və s.)

Sobanı 180 dərəcə qızdırın. Keks üçün formanı yağlayın. 

Şəkər tozunun hər iki növünü qarışdırın, yumurta, yağ əlavə edib çalın. Qarışdıraraq boranı püresi, ardınca un, duz, soda, ədviyyat, ən sonda isə su qatıb eynicinsli kütlə alınanadək qarışdırın. Kokosla qozu da qatıb xəmiri formaya tökün.

1 saat bişirin. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/513895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR