Avropanın ən bahalı futbolçuları - SİYAHI

Avropanın ən bahalı futbolçuları - SİYAHI
22:57 6 Yanvar 2015
282 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın ən bahalı 120 futbolçusunun siyahısı dərc edilib. Fransada yerləşən idman tədqiqatları mərkəzinin açıqladığı siyahıya “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi başçılıq edir. Onun dəyəri 220 milyon avro məbləğində qiymətləndirilir.

Milli.Az modern.az-a istinadən bildirir ki, ikinci yeri 133 milyon avro ilə “Real”ın hücumçusu Kriştianu Ronaldu, üçüncü yeri 99 milyon avro ilə “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard tutur.
 
İlk “10-luq”da sonrakı yerlərdə aşağıdakı futbolçular gəlir:
 
Dieqo Kosta - 84 milyon avro - “Çelsi”;
Pol Poqba - 72 milyon avro - (“Yuventus”;
Serxio Aquero - 65 milyon avro – “Mançester Siti”;
Rahim Sterlinq - 63 milyon avro - “Liverpul”;
Sesk Fabreqas - 62 milyon avro - “Çelsi”;
Aleksis Sançes - 61 milyon avro - “Arsenal”;
Qaret Beyl - 60 milyon avro - “Real”.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR